Bayraktar: Bu görüntüləri izləyərkən... - VİDEO

20 İyun 2021 17:59 (UTC+04:00)

"Bunu seyr edərkən tüklərim biz-biz oldu. Bir mühəndis kimi qürur duydum".

Publika.az xəbər verir ki, bu sözləri Türkiyənin "Baykar" şirkətinin texniki direktoru Selçuk Bayraktar sosial media hesabında "Atmaca" gəmi əleyhinə raket sistemi haqqında paylaşımında qeyd edib.

"Töhfə verən, tər tökən və ürəyini qoyan bütün komandanı təbrik edirəm. Müdafiə sənayemizdə ölkəmizin müstəqilliyi üçün #MilliTeknolojiHamlesi hədəfimizə dəstək olan və rəhbərlik edən bütün idarəçilərimizə minnətdarlıqla...", - Bayraktar bildirib.