Yevlaxda 3 otaqlı ev yandı

21 İyun 2021 05:15 (UTC+04:00)

Yevlax şəhərinin Xanabad kəndində ümumi sahəsi 144 m² olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb.

FHN-dən Publika.az-a verilən məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.