Bakı-Qazax yolunda avtomobil yandı

21 İyun 2021 09:51 (UTC+04:00)

Hacıqabul rayonunun Qızılburun kəndində “Mercedes” markalı minik avtomobili dəmir maneəyə çırpılıb.

Publika.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, nəticədə avtomobilin yanar hissələri yanıb.Yaxınlıqdakı ağaclar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.