Türkiyənin Seçki Komissiyası səsvermənin yeni nəticəsini yaydı

12 Avqust 2014 00:25 (UTC+04:00)

Türkiyənin Ali Seçki Komissiyası (YSK) avqustun 10-da ölkədə keçirilmiş prezident seçkilərinin nəticələri barədə yeni məlumat yayıb.

Məlumatda bildirilir ki, seçicilərin 51,79 faizi Baş nazir Rəcəb Tayyib Ərdoğana səs verib. Prezidentliyə digər namizədlər - Ekmələddin İhsanoğlu 38,44, Selahəddin Dəmirdaş isə 9,76 faiz səs toplayıblar.

Seçkilərdə səsvermə hüququ olan əhalinin 74,12 faizi, yəni 41 milyon 283 min 773 nəfəri iştirak edib.