Türkiyədə bu məhdudiyyətlər LƏĞV OLUNUR

22 İyun 2021 01:41 (UTC+04:00)

"İyulun 1-dən etibarən küçəyə çıxma qadağasını ləğv edirik"

Publika.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Beştəpədə baş tutan Nazirlər Kabinetinin toplantısından sonra xalqa müraciəti zamanı deyib.

Ölkə başçısı ləğv edilən məhdudiyyətləri açıqlayıb:

• Musiqi ilə əlaqədar məhdudiyyətin müddətini gecə 24:00-a çəkirik;

• Dövlət qurumları və təşkilatları normal iş vaxtına keçirlər;

• Şəhərlərarası səyahət məhdudiyyətləri ilə şəhər içi ictimai nəqliyyatda məhdudiyyətlər sona çatır;

• Turizm sektoruna verdiyimiz ƏDV dəstəyinin müddətini daha bir ay uzadırıq.

Hüseyn