Hərbi Dəniz Qüvvələri təlimlərə başladı

22 İyun 2021 09:18 (UTC+04:00)

Hərbi Dəniz Qüvvələrinin döyüş gəmiləri dəstəsi, döyüş təminatı və təminedici gəmilər dəstəsi və dəniz piyadalarının iştirakı ilə taktiki təlimlər başlayıb.

Publika.az xəbər verir ki, təlimlərin keçirilməsində məqsəd Azərbaycan Respublikasının hərbi-siyasi və iqtisadi maraqlarına yönəlmiş təhdidlərin qarşısının alınması, Xəzər dənizinin Azərbaycana məxsus sektorunda enerji infrastrukturlarının mühafizəsi və müdafiəsi üzrə Hərbi Dəniz Qüvvələrinin birləşmələri tətəfindən birgə döyüş əməliyyatlarının aparılması, neft-qaz kəmərlərinin monitorinqlərinin keçirilməsi və müxtəlif şəraitlərdə gəmi taktiki qruplarının təyinatı üzrə tapşırıqların yerinə yetirilməsi zamanı xüsusi təyinatlı qruplar üzrə birgə fəaliyyətlərinin işlənilməsidir.

Təlimlər zamanı döyüş fəaliyyətlərinin təşkili və qüvvələrin döyüşdə idarə olunması üzrə komandirlərin və qərargahların bacarıqlarının təkmilləşdirilməsi, eyni zamanda gəmilərin tək-tək və takriki qrup tərkibində döyüş tapşırıqlarının yerinə yetirilməsinə hazırlıqlarının yoxlanılması nəzərdə tutulur.

Təlimlər zamanı həmçinin Xəzər dənizinin Azərbaycana məxsus sektoruna daxil olmuş şərti düşmənin məhv edilməsi, əlverişli əməliyyat rejiminin bərpa edilməsi və universal müdafiənin təşkili üzrə tapşırıqlar da icra ediləcəkdir.

Təlimlər iki mərhələdən ibarət olacaq. Birinci mərhələ zamanı plana əsasən, təlimlərə cəlb edilmiş qüvvə və vasitələr aşağıdakı tapşırıqları icra edəcəklər:

- Siqnalla gəmi və katerlərin döyüşə və səfər hazırlanması.

- Gəmi Komanda Məmtəqəsinin gözətçi gəmisində açılması və tapşırığın dəqiqləşdirilməsi.

- Birləşmələrin, hissələrin, bölmələrin açılması və birgə üzmə fəaliyyətlərinin yerinə yetirilməsi.

- Gəmi və katerlər tərəfindən düşmənin suüstü hücum vasitələrinin və üzən minanın məhv edilməsi.

- Gəmi və katerlərin təyin olunmuş lövbərə durması və universal müdafiənin təşkili.

- Qumbaraatma çalışmasının yerinə yetirilməsi.

- Hava hücumuna qarşı istilik və radiolokasiya maneələrinin qoyulması

- Gəmi qrupu tərəfindən düşmənin sualtı qayıqlarına qarşı dərinlik bombalarının tətbiqi

- Gəmi və katerlərin təyin olunmuş rayonda lövbərə durması və universal müdafiənin təşkili.
Təlimlərin ikinci mərhələsində Xəzər dənizini Azərbaycan Respiblikasına məxsus sektorunda terror-diversiya fəaliyyətlərinin qarşısının alınması üzrə döyüş tapşıtıqlarının yerinə yetirilməsi, qəzada uğramış gəmiyə yardımın göstərilməsi, enerji infrastrukturunun mühafizəsi və müdafiə üzrə tapşırıqların yerinə yetirilməsi nəzərdə tutulub.

Təlimin ssenarisinə uyğun olaraq bu tapşırıqların yerinə yetirilməsi cəlb efiləvək qüvvələr və texnika aşağıda göstərilən tapşırıqları yerinə yetiriləcəkdir.

- Adada aşkar olunmuş terrorçuların müvvəqqəti bazalarının zərərləşdirilməsi.

- Böyük Zirə adasında təchiz olunmamış sahilə desantın çıxarılması.

- Gəmi əməliyyatının keçirilməsi Qəzaya uğramış gəmiyə köməyin göstərilməsi.

- Tapşırıqlar icra edildikdən sonra gəmi və katerlərin baza məntəqələrinə qayıtması.

Bütün tapşırıqlar yerinə yetirdidən sonra Hərbi Dəniz Qüvvələri Komandanı tərəfindən təlimlərə yekun vurulacaq, görülən fəaliyyətlər təhlil ediləcək, təlimlərdə iştirak edən qüvvə və vasitələrin qarşıya qoyulan tapşırıqların icra səviyyəsi qiymətləndiriləcək.

Təlimlər iyunun 23-də başa çatacaq.(Report)