Binəqədidə ağaclıq ərazidə yanğın başladı

22 İyun 2021 17:51 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda ağaclıq ərazidə yanğın olması barədə məlumat daxil olub.

Publika.az xəbər verir ki, məlumat daxil olduqdan dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının olduğu əraziyə cəlb olunub.

Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.