Türkiyədə koronavirusla bağlı son STATİSTİKA

22 İyun 2021 21:48 (UTC+04:00)

Türkiyədə son 24 saat ərzində 223 min 238 nəfərin COVID-19 testi yoxlanılıb.

Publika.az xəbər verir ki, ölkədə günlük yoluxma sayı 6 min 143 nəfər təşkil edib.

Son sutka ərzində 57 nəfər koronavirus səbəbindən vəfat edib.

Bununla yanaşı, Türkiyədə ölümcül virusdan sağalanların sutkalıq sayının 5 min 217 nəfərə çatdığı bildirilib.