Bakıda quldurluq: 3 nəfər döydü, 340 manatı götürüb qaçdılar

23 İyun 2021 15:57 (UTC+04:00)

Bakıda quldurluq hadisəsi baş verib.

Publika.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Binəqədi RPİ 43-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 21-də Binəqədi qəsəbə sakini C.Məmmədovu döyüb 340 manat pulunu və mobil telefonunu quldurluq yolu ilə talamaqda şübhəli bilinən Bakı şəhər sakinləri K.Qurbanzadə, əvvəllər məhkum olunmuşlar - E.Əzimov və T.Quliyev saxlanılıblar.

Araşdırmalar davam etdirilir.