Bakıda 15 yaşlı oğlan itkin düşdü - FOTO

24 İyun 2021 09:44 (UTC+04:00)

Bakıda 2006-cı il təvəllüdlü İsa Alışov itkin düşüb.

Bu barədə onun yaxınları məlumat veriblər.

Gəncin yaxınları bildiriblər ki, İ.Alışov iyunun 20-də qohumu ilə birlikdə evdən çıxıb və bir daha geri qayıtmayıb. Gəncin yaxınları hadisə ilə bağlı Nizami Rayon Polis Şöbəsinin 24-cü Polis Bölməsinə məlumat veriblər.

Onu görənlərdən yaxud İsa Alışov barədə məlumatı olanlardan 050 340 42 03 əlaqə nömrəsinə zəng vurmaları xahiş olunur. (report)