Onlara “Zəngilanın azad olunmasına görə” medalı verildi - SİYAHI

24 İyun 2021 11:51 (UTC+04:00)

Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Publika.az xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasının Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusu “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif ediliblər.

Siyahı ilə BURADAN tanış ola bilərsiniz.