"Neftçi"nin legioneri zədələndi

24 İyun 2021 21:48 (UTC+04:00)

"Neftçi"nin futbolçusu Sabir Buqrin zədələnib.

Publika.az xəbər verir ki, Mərakeş əsilli belçikalı yarımmüdafiəçi bu səbəbdən Sloveniyanın "Domjale" klubu ilə yoxlama matçında erkən əvəzlənib.

Qasıq nahiyyəsində ağrıları olan 25 yaşlı oyunçu görüşün 37-ci dəqiqəsində meydanı tərk edib. Onun əvəzinə oyuna Ömər Buludov daxil olub.

Qeyd edək ki, hazırda qarşılaşmada ilk hissə oynanılır və "Neftçi" rəqibinə 1:2 hesabı ilə uduzur.