Yasamalda baş verən yanğın söndürüldü (YENİLƏNDİ)

25 İyun 2021 00:49 (UTC+04:00)

Bakı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küçəsində çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb.

Publika.az xəbər verir ki, bu barədə FHN Dövlət Yanğından Mühafızə Xidmətinin rəis müavini Rza Xudiyev bildirib.

Qeyd edək ki, binada “M Group Production” şirkətinin ofisi yerləşir.

xxx

00:13

“112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub.

Bu barədə Publika.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, məlumat daxil olandan dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri yanğının baş verdiyi ünvana cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.