“Neftçi” ikinci yoxlama oyununu keçirdi

25 İyun 2021 00:31 (UTC+04:00)

Sloveniyada təlim-məşq toplanışında olan "Neftçi" bu gün ikinci yoxlama oyununu keçirib.

Publika.az xəbər verir ki, Samir Abasovun baş məşqçi olduğu komanda yerli "Domjale" komandası ilə üz-üzə gəlib.

Qarşılaşma yerli komandanın qələbəsi ilə yekunlaşıb - 2:1. Hər 3 qol ilk yarıda vurulub. 24-cü dəqiqədə Namik Ələskərov hesabı açsa da, Jiqa Repas 33 və 39-cu dəqiiqələrdə "dubl" edərək, "Domjale"yə əzmkar qələbə qazandırıb.

Qeyd edək ki, ölkə çempionu daha əvvəl “Olimpiya” (Lyublyana) ilə yoxlama görüşündə 1:1 hesablı heç-heçə edib.