Prezident heç kimi unutmur: Vətən müharibəsinin bütün iştirakçılarına DİQQƏT

25 İyun 2021 06:46 (UTC+04:00)

69 min 530 hərbçi qulluqçu. Bu, Prezident İlham Əliyevin dünən imzaladığı sərəncamla Vətən müharibəsində iştiraka görə medallarla təltif edilənlərin sayıdır.

“Suqovuşanın azad olunmasına görə” medalı: 10 min 647 hərbi qulluqçu;
“Laçının azad olunmasına görə” medalı: 2643 hərbi qulluqçu;
“Kəlbəcərin azad olunmasına görə” medalı: 4225 hərbi qulluqçu;
“Ağdamın azad olunmasına görə” medalı: 3522 hərbi qulluqçusu;
“Şuşanın azad olunmasına görə” medalı: 5784 hərbi qulluqçu;
“Qubadlının azad olunmasına görə” medalı: 5867 hərbi qulluqçu;
“Cəbrayılın azad olunmasına görə” medalı: 10 min 211 hərbi qulluqçu;
“Zəngilanın azad olunmasına görə” medalı: 3435 hərbi qulluqçu;
“Xocavəndin azad olunmasına görə” medalı: 11 min 831 hərbi qulluqçu;
“Füzulinin azad olunmasına görə” medalı: 11 min 365 hərbi qulluqçu;


Vətən müharibəsindən sonra dövlət hərbi qulluqçuların təltif edilməsi ilə bağlı sərəncamlarını da nəzərə alsaq, , 44 günlük müharibədə iştirak etmiş hər kəsin dövlət tərəfindən mükafatlandırıldığını deyə bilərik: generalından tutmuş əsgərinə, həqiqi hərbi qulluqçudan tutmuş, müddətli hərbi qulluqçuya, o cümlədən, istər könüllü, istər çağırışla müharibəyə yollanan bütün şəxslərin;

Dövlət torpaqlarımızın azad edilməsi uğrunda döyüşən heç kəsi unutmur. Bu, I Qarabağ müharibəsinin iştirak edənlərə də, II Qarabağ müharibəsində iştirak edənlərə də aiddir.

Canından keçmiş şəhidlərimizin ailələri, yaxınları doğmaları daim dövlət qayğısı ilə əhatə olunub. Şəhid ailələrinə dövlət təltiflərinin verilməsi ilə yanaşı, aylıq sosial müavinətlər ödənilir, işlə təmin edilməsi həyata keçirilir.

Eyni diqqət və qayğı ilə sağlamlığından keçən qazilərimiz də əhatə olunub. Onların müalicəsi, işlə təmin edilməsi, o cümlədən, sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara dəstəyin verilməsi dövlətin həyata keçirdiyi işlərdəndir, bu istiqamətdə işlər davam etdirilir.

YAŞAT Fondunun yaradılmasının məqsədi də məhz şəhid ailələri və qazilərimizə dövlət qayğısının praktiki formada həyata keçirilməsinin təmin edilməsidir. Fondun indiyə qədər gördüyü işlər bunun əyani sübutudur.

Şəhid və qazilərimizlə yanaşı, müharibədə qəhrəmanlıq və şücaət göstərənlər dövlət tərəfindən təltif edilmişdi. Prezidentin sonuncu sərəncamları ilə Vətən müharibəsində iştirak edən hər kəsin dövlət tərəfindən təltif edilməsi prosesinin başa çatdırılmasıdır.

Beləliklə, 44 günlük müharibənin iştirakçılarından heç biri dövlətin diqqtindən kənarda qalmadı və bu, həm də müharibə iştirakçılarının hər birinin dövlətin nəzərində qəhrəman olmasının rəsmi təsdiqidir.

Bu təltiflər müharibədən sonra ortaya çıxan müəyyən narazılıqlar və bu narazılıqlardan siyasi məqsədləri üçün istifadə etməyə cəhd göstərənlərin də fonunda diqqət çəkir. Məsələ dövlətin kimisə unutması deyildi, sadəcə texniki məsələlər üçün bir qədər zaman lazım idi və artıq Prezidentin 70 minə yaxın hərbi qulluqçununun təltif olunması haqqında sərəncamları ilə Vətən müharibəsinin bütün iştirakçıları layiq olduqları qiyməti aldılar.

Asif Nərimanlı