Rusiyada ikinci aviaqəza - YARALILAR VAR

25 İyun 2021 08:36 (UTC+04:00)

Rusiyanın Arxangelsk bölgəsində ötən gün axşam saatlarından əlaqəni dayandıran yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.

Publika.az REN TV-yə istinadla xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, təyyarənin göyərtəsində olan iki ekipaj üzvü qəza baş verən ərazidə tapılıblar. Sağ qalan pilot və müşahidəçi xəstəxanaya çatdırılıblar.

Yüngül mühərrikli təyyarə Arxangelsk vilayətinin Verxnetoemsk rayonunda meşə yanğınları vəziyyətini izləyərkən ötən gün saat 18:00 radələrində qəzaya uğrayıb.