Şiddətli istilərdə açıq dərili insanları gözləyən TƏHLÜKƏ

27 İyun 2021 13:44 (UTC+04:00)

Tibb elmləri doktoru, dermatoveneroloq İrina Skoroqudayeva günəşin şiddətləndirə biləcəyi xəstəliklərdən danışıb.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, ekspert bildirib ki, yayda insan dərisi yalnız ultrabənövşəyi şüalardan deyil, həm də infraqırmızı şüalardan, havanın rütubətindən təsirlənir.

“Yüksək rütubətdə dəri xəstəlikləri daha çox üzə çıxmağa başlayır. Günvurma da ola bilər. Ürək-damar diaqnozu olan xəstələr isti havadan daha çox təsirlənir.

Ultrabənövşəyi şüalar genetik olaraq ultrabənövşəyi şüalanmaya qarşı qorunma meydana gəlməyən açıq dərili insanlar üçün təhlükəlidir. Bu insanlar kelt tipinə aid olur, qısa müddət açıq havada qaldıqları zaman belə, günəşdə yanırlar. Ancaq günəşin törədə biləcəyi ən böyük zərər xərçəngdir. Bununla yanaşı, digər xəstəliklərin də yaranma riski var.

Rozasea yayda baş verir. Bu, ciddi xroniki xəstəlikdir, onu müalicə etmək çox çətindir, demək olar ki, mümkün deyil. Xüsusilə açıq dərili insanlar buna daha çox meyillidirlər. Viruslar immunitet çatışmazlığı olan insanlarda şiddətlənir, hətta herpes inkişaf edə bilər”, - Skoroqudayeva qeyd edib.

Aytən Məftun