Ermənistan ordusunun iki generalı vəzifəsindən azad edildi

25 İyun 2021 13:18 (UTC+04:00)

Ermənistan Silahlı Qüvvələrinin iki yüksək vəzifəli şəxsi vəzifəsindən azad edilib.

Ermənistan prezidenti Armen Sarkisyan bununla bağlı sərəncam imzalayıb.

Sənədə əsasən, Ermənistan Silahlı Qüvvələri Hava Hücumundan Müdafiə Qoşunlarının rəisi, general-mayor Armen Vardanyan və Ermənistan Silahlı Qüvvələri Mühəndis Qoşunlarının rəisi, general-mayor İşxan Matevosyan vəzifədən azad ediliblər.

Onların vəzifədən azad edilmələrinin səbəbi hələ ki məlum deyil.

Qeyd edək ki, İ.Matevosyan 2015-ci il, A.Bardanyan isə 2012-ci ildə bu vəzifəyə təyin olunmuşdular. (report)