Teatr rəhbərləri ilə görüş keçirildi

25 İyun 2021 13:24 (UTC+04:00)

Azərbaycan Respublikası mədəniyyət nazirinin müşaviri Elnur Əliyev və nazirliyin İncəsənət şöbəsinin müdiri Fərəh Acalova iyunun 24-də M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında ölkədə fəaliyyət göstərən teatr müəssisələrinin rəhbərləri ilə görüş keçiriblər.

Görüşdə ilk öncə Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində qazandığı şanlı Zəfərdən, Qələbəyə aparan yoldan bəhs olunub.

Görüş mədəniyyət, xüsusilə teatr sahəsində mövcud problemlərin müzakirəsi ilə davam edib. Eyni zamanda, bu sahədə həyata keçirilən islahatlar ətrafında fikir mübadiləsi aparılıb.

Sonda müəssisə rəhbərlərinə qısa zamanda teatr sahəsində mövcud olan problemlərin həlli istiqamətində təkliflərin hazırlanması və nazirliyə təqdim edilməsi tapşırılıb.