Ramiz Mehdiyev TAPŞIRIQ VERDİ: Yoxlama başladı

25 İyun 2021 14:41 (UTC+04:00)

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdindəki institutlarda yoxlamalara başlanılıb.

Xəbər verir ki, AMEA prezidenti, akademik Ramiz Mehdiyevin tapşırığı ilə qurumun nəzdində olan bütün institutlarda maliyyə yoxlamalarına start verilib.

Yolxlamalar zamanı ciddi nöqsanlar aşkarlanarsa, AMEA prezidenti materialları hüquq-mühafizə orqanlarına da göndərəcəyi bildirilir. (unikal.org)