Anar Kərimov Kuba səfiri ilə görüşdü

25 İyun 2021 23:57 (UTC+04:00)

Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov iyunun 25-də Kuba Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Alfredo Nieves Portuondo ilə görüş keçirib.

Mədəniyyət Nazirliyindən Publika.az-a verilən məlumnata görə, qonağı salamlayan nazir Anar Kərimov Azərbaycan və Kuba arasında ikitərəfli münasibətlərin müxtəlif sahələr üzrə inkişafından məmnunluğunu ifadə edib. Ölkələrimiz arasında mədəniyyət sahəsində əlaqələrin genişləndirilməsinin əhəmiyyətindən danışan nazir bunun üçün əlverişli imkanların olduğunu qeyd edib.Görüş zamanı iki ölkə arasında mədəniyyətin müxtəlif sahələrində təcrübə mübadiləsinin, tədbirlərin təşkilinin əhəmiyyəti qeyd edilib, ikitərəfli münasibətlərin gələcək inkişaf perspektivləri və əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.

Qəbula görə nazirə təşəkkürünü bildirən səfir Alfredo Nieves Portuondo Azərbaycan və Kuba arasında mədəniyyət sahəsində birgə fəaliyyətin səmərəli təşkili məqsədilə bu kimi görüşlərin əhəmiyyətini qeyd edib. Mövcud əməkdaşlığın daha da möhkəmləndirilməsinin vacibliyini diqqətə çatdıran diplomat ölkəsinin bu sahədə əməkdaşlığa hazır olduğunu diqqətə çatdırıb.

Görüş tərəflər arasında qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi ilə davam edib.