İraqın şimalında daha üç terrorçu zərərsizləşdirildi

27 İyun 2021 19:13 (UTC+04:00)

İraqın şimalındakı Qara bölgəsində bölücü terror təşkilatı PKK-nın üzvü 3 terrorçu zərərsizləşdirilib.

Publika.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, "İraqın şimalındakı terror hədəflərini təsirli şəkildə vurmağa davam edirik. Qarada aşkarlanan 3 PKK terrorçusu Hava Qüvvələrimizin təşkil etdiyi uğurlu hava əməliyyatı ilə zərərsizləşdirildi" ifadIəri yer alıb.