Xəzərdə batmaq təhlükəsi ilə üzləşən 7 nəfər xilas edildi

30 İyun 2021 23:13 (UTC+04:00)

Bu gün Xəzər dənizində batmaq təhlükəsi ilə üzləşən bir neçə nəfər xilas edilib.

Publika.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Nardaran”, “Zağulba 3”, “Bilgəh”, “Lökbatan” sularda xilasetmə məntəqələrinin ərazisində və 2 halda məntəqədən kənarda (qeyri-çimərlik ərazi) çimərkən batma təhlükəsi ilə üzləşən 7 nəfər xilas olunub.