Azərbaycanda polis günüdür

2 İyul 2021 00:13 (UTC+04:00)

2 iyul Azərbaycanda Polis Günüdür.

Publika.az xəbər verir ki, ümummilli lideri Heydər Əliyevin 24 may 1998-ci ildə imzaladığı fərmana əsasən, 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Daxili İşlər Nazirliyinin tərkibində ilk polis orqanlarının təsis edildiyi gün - 2 iyul Azərbaycan Polisi Günü elan edilib.

Azərbaycan polisi Birinci Qarabağ Müharibəsi zamanı ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak edib. Daxili işlər orqanlarının və daxili qoşunların doqquz yüzdən çox şəxsi heyəti bu müharibədə şəhid olub.

Polisin sıralarında xeyli sayda "Milli Qəhrəman” adına, habelə orden və medallarla təltifə layiq görülənlər var. Elə koronavirusla mübarizədə də onların üzərinə böyük yük düşüb.

7NEWS.Az saytı olaraq, biz də Azərbaycan Polisini bu əlamətdar gün münasibətilə təbrik edirik!