Nazir müavini istefa verdi: Qaxariyanın kadrıdır

3 İyul 2021 08:31 (UTC+04:00)

Gürcüstan Daxili İşlər nazirinin müavini Vladimer Bortsvadze istefa verib.

Publika.az yerli mətbuata istinadla xəbər verir ki, bu haqda məlumatı Daxili İşlər Nazirliyi (DİN) təsdiqləyib.

Məlumatlara görə, V.Bortsvadze şəxsi ifadəsi əsasında istefa edib.

Bəzi yerli mənbələrin yaydığı qeyri rəsmi məlumata görə, o işindən azad edilib, buna səbəb isə sabiq baş nazir Giorgi Qaxariyanın kadrıdır.

Məlumat üçün bildirək ki, Vladimer Bortsvadze 2019-cu ildən daxili işlər nazirinin müavini vəzfəsindədir.O budan əvvəl, 2018-ci ildən 2019-cu iilin fevralına qədər - DİN-in Mərkəzi Kriminal Polisi İdarəsinin rəisi vəzifəsində çalışıb.