Çox vaxt yırtıqla səhv salınan onurğa xərçəngi - 10 ƏLAMƏT (VİDEO)

20 İyul 2021 14:13 (UTC+04:00)

Video əlavə olunub.

xxx

Onurğa xərçəngi genetik səbəblərdən, leykoz və limfomadan yarana bilir. Eləcə də QİÇS xəstələrində rast gəlinir.

Publika.az xəbər verir ki, ilk mərhələdə heç bir əlamət vermir. Sadəcə bel ağrısı, soyuqdəymə, sızıltı, gizilti hiss olunur və çox zaman yırtıq var deyə düşünülür.

Onurğa xərçənginin 10 əsas əlamətini təqdim edirik:

1. Gəzməkdə çətinlik, yerişin dəyişməsİ

2. Əzələ spazmları

3. Beldə ağrı, yatanda daha da güclənir, ağrıkəsicilər təsir etmir

4. Soyuq, yapışqanlı dəri

5. Sidik və nəcisin saxlaya bilməməsi

6. Aşağı ətraflarda paresteziya – yanma, sanki iynə batırma, keyimə

7. Ümumi əzginlik, zəiflik

8. Onurğada şiş olan nahiyənin şişib qızarması

9. İsti və soyuğa həssaslığın itməsi, ayaqlarda soyuq

10. Arıqlama, iştahsızlıq

("Medicina")