Saatlıda gənc ölümdən son anda xilas edildi

3 İyul 2021 20:31 (UTC+04:00)

Saatlıda suda batan gənc oğlan xilas olunub.

Publika.az xəbər verir ki, hadisə Smadi kəndində qeydə alınıb.

Rayonun Mircavad kənd sakini, 1993-cü il təvəllüdlü Məmmədov Elnur Elman oğlu həmin ərazidən keçən su kanalında çimərkən suda batmaq təhlükəsi ilə üzləşib. O, yaxınlıqdakı adamların köməkliyi ilə son anda sudan çıxarılıb. E.Məmmədov Saatlı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.