Milyonluq avtomobil yanıb külə döndü - ANBAAN - VİDEO

4 İyul 2021 19:00 (UTC+04:00)

Moskvanın Kutuzovski prospektində güclü yanğın hadisəsi baş verib.

Publika.az xəbər verir ki, bu barədə "112" "Telegram" kanalı məlumat yayıb.

Bildirilir ki, "Coffeemania" yaxınlığında "Ferrari" markalı avtomobil yanaraq külə dönüb. Elit idman avtomobilindən yalnız bir yığın metal qalıb.

Avtomobilin Aleksey Kotelnikov adlı şəhər sakininə məxsus olduğu deyilir.

Yanğının səbəbi müəyyən edilməyib.

"Milyonlar beləcə yanır", - kanal qeyd edib.

Hüseyn