68 yaşlı piyadanı öldürdü

12 Avqust 2014 15:45 (UTC+04:00)

Abşeron rayonunda ağır yol qəzası olub. Rayon Polis Şöbəsindən Publika.az-a verilən xəbərə görə, hadisə gecə saatlarında Novxanı qəsəbəsində qeydə alınıb.

Bakı şəhər sakini Orxan Şükürzadə idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən piyada, 68 yaşlı Gülməmməd Pənahovu vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Sürücü qaçmağa çalışsa da, polis əməkdaşları onu saxlayib. İstintaqa ifadə verən G.Pənahov hadisəni anidən tötərdiyini, yaşlı kişini vuran zaman şok keçirdiyini bildirib.

Hadisə yerinə polis əməkdaşları gəliblər və müəyyən olunub ki, qəzanın baş verməsinə səbəb sürücünün sürət həddini aşması olub.

Faktla bağlı Abşeron Rayon Polis Şöbəsində araşdırmalar aparılır.

Simnarə