Bakıda iki avtomobil toqquşdu, xəsarət alan var

6 İyul 2021 23:31 (UTC+04:00)

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində sərnişin 1996-cı il təvəllüdlü Fərzəliyev Mətin Vahid oğlu xəsarət alıb. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.