ATƏT PA-nın yeni sədri seçildi

7 İyul 2021 01:11 (UTC+04:00)

ATƏT PA-nın keçmiş vitse-prezidenti Marqareta Sederfelt (İsveç) qurumun sədri seçilib.

Publika.az xəbər verir ki, bu barədə təşkilatdan yayılan məlumatda bildirilib.

Pia Kauma (Finlandiya), Daniela de Ridder (Almaniya), Askar Şakirov (Qazaxıstan), Raynhold Lopatka (Avstriya) və İren Haralambides (Kipr) isə PA-nın vitse-prezidentləri seçiliblər.

Yeni vəzifəsində ilk çıxışını edən xanım Sederfelt pandemiyadan sonra dünyanın daha güclü olacağına ümid etdiyini bildirib.