Paşinyanın Putinlə görüşü: Yeni hərbi bazalar yaradılır?

7 İyul 2021 11:20 (UTC+04:00)

Nikol Paşinyanın Vladimir Putinlə görüşündə rəsmi hissədən sonra Ermənistan ərazisində Rusiyanın yeni hərbi bazaları ilə bağlı məsələnin müzakirəsi ehtimalı böyükdür.

Publika.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə tanınmış rusiyalı politoloq Fyodor Lukyanov Ermənistan mətbuatına müsahibəsində bildirib.

Onun sözlərinə görə, bundan başqa, Putin və Paşinyan Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti, Zəngəzurla bağlı sualları və bir sıra humanitar məsələləri müzakirə edəcəklər:

“Müzakirələrin vacib mövzularından biri də sərhədlərin demarkasiyası prosesi və həmçinin KTMT ilə bağlı olacaq. İndi İrəvana bir mühüm amili dərk etmək lazımdır - dünyada bir neçə qeyri-sabitlik ocağı yaranıb ki, onların da stabilləşməsində həm Türkiyə, həm də Rusiya əhəmiyyətli rol oynayır”.

Qeyd edək ki, Nikol Paşinyanla Vladimir Putinin bu gün görüşəcəyi gözlənilir.