"Delta" ştammı bu ölkədə sürətlə yayılır

8 İyul 2021 06:46 (UTC+04:00)

Koronavirusun “Delta” variantı digərlərini sürətlə üstələyərək ABŞ-da dominant olub.

Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın Xəstəliklərə Nəzarət Mərkəzi məlumat yayıb.

Son iki həftə ərzində koronavirusa yoluxanların 51,7 faizində delta variantı müəyyən edilib.

Yolxunların 2,87 faizində alfa, 8,9 faizində isə qamma variantı aşkarlanıb.