Məşhur müğənni ərə getdi - FOTO/VİDEO

8 İyul 2021 13:48 (UTC+04:00)

Türkiyəli müğənni Zeynəb Bastıkın dünən Tolqa Akışla toyu baş tutub.

Publika.az xəbər verir ki, cütlüyün çoxdan gözlənilən və pandemiya səbəbilə təxirə salınan toyu Çeşmədə gerçəkləşib. Qonaqlar arasında aktrisa Demet Özdemir, Oğuzhan Koç, Ali Biçim, Aslı Bekiroğlu kimi məşhur simalar olub.

Müğənninin gəlinlik seçimi xüsusilə diqqət çəkib. Belə ki, ulduz nikah mərasimi, nikahdan sonra və axşam partisi üçün 3 libas seçib.