Bolqarıstanda parlament seçkiləri keçirilir

11 İyul 2021 08:00 (UTC+04:00)

Bolqarıstan vətəndaşları bu gün 46-cı Milli Məclisə (birpalatalı parlament) nümayəndələrini seçirlər.

Publika.az xəbər verir ki, yerli vaxtla saat 07:00-da (GMT+4, 08:00) açılacaq 13 min seçki məntəqəsində təxminən 6,7 milyon sakinin səs verəcəkləri gözlənilir.

Ölkədən kənarda daha 800-ə yaxın seçki məntəqəsi fəaliyyət göstərəcək. Seçkilər 20:00-dək davam edəcək.

On ölkədən 3 min nümayəndə, o cümlədən 20-yə yaxın parlament üzvü və ATƏT-in əməkdaşları müşahidəçi qismində səsvermə prosesini izləyəcəklər.

Seçki məntəqələrində asayişi təxminən 20 min polis qoruyacaq.