Gürcüstanda məhdudiyyətlər geri dönür

16 İyul 2021 03:13 (UTC+04:00)

Gürcüstanda pandemiya ilə əlaqədar yaranmış epidemioloji vəziyyətlə əlaqədar müəyyən məhdudiyyətlər yenidən tətbiq oluna bilər.

Publika.az xəbər verir ki, bunu Gürcüstanın səhiyyə naziri Ekaterine Tikaradze “İmedi” telekanalına müsahibəsində deyib.

Nazir hansı məhdudiyyətlərin nəzərdən keçirildiyini dəqiqləşdirməyib. Bildirilib ki, məhdudiyyətlər əyləncəli tədbirlərlə bağlı ola bilər. “Epidemioloji vəziyyət pisləşir, infeksiya sürətlə yayılır və fəal müdaxilə olmadan temp azalmayacaq”, - deyə, nazir vurğulayıb.