Bərdədə kağız emalı sexi yandı

16 İyul 2021 08:48 (UTC+04:00)

“112” qaynar telefon xəttinə Bərdə rayonunun Mirzalıbəyli kəndində sexdə yanğın olması barədə məlumat daxil olub.

Publika.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb.

İlkin məlumata əsasən, kağız emalı sexinə aid ümumi sahəsi 430 m² olan birmərtəbəli tikilinin dam örtüyünün taxta atmaları qarsalanıb, içərisində olan 80 ton kağız mallarının 10 tonu yanıb. Tikilinin və kağız malların qalan hissəsi yanğından mühafizə olunub.