58 yaşlı Demi Mur bikinidə - FOTO

16 İyul 2021 14:25 (UTC+04:00)

Dünya şöhrətli aktrisa Demi Mur 32 yaşlı qızı Rumer ilə Yunanıstan çimərliklərində dincəlir.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Mikonos adasında istirahət edən 58 yaşlı məşhur paparatsilərin kameralarına tuş gəlib.

Demi Yunanıstandakı tətilini cənnət adlandırır və sözün əsl mənasında xoşbəxtlikdən parlayır. Pərəstişkarları isə instaqramda onun paylaşdığı fotolara tərif yazmaqdan yorulmur.

Qeyd edək ki, Demi Mur bu yaxınlarda 3 qızı ilə birlikdə (Rumer, 29 yaşlı Skaut və 27 yaşlı Tallula) çimərlik geyimi markasının reklam çəkilişlərində iştirak etmişdi.