Azərbaycanda dörd günlük bayram tətili başladı

18 İyul 2021 00:00 (UTC+04:00)

Bu gündən Qurban bayramı ilə əlaqədar dörd günlük tətil başlayır.

Publika.az xəbər verir ki, Qurban bayramı iyulun 20, 21-i qeyd olunacaq. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən 19 iyul iş günü ilə 17 iyul istirahət gününün yerləri dəyişdirildiyindən, 18 (bazar), 19, 20, 21 iyul qeyri-iş günləridir.

Qeyd edək ki, bayram tətilində ictimai nəqliyyat fəaliyyət göstərməyəcək.