SON DƏQİQƏ: İranda güclü zəlzələ baş verdi

18 İyul 2021 19:31 (UTC+04:00)

İranda yeraltı təkanlar qeyd alınıb.

Publika.az "TRT Haber"ə istinadla xəbər verir ki, bu barədə Tehran Üniversitetinin Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yerli vaxtla 19:04 radələrində ölkənin cənubundakı Fars əyalətinə 5.7 bal gücündə zəlzələ olub.

Təkanlar yerin 11 km dərinliyində qeydə alınıb.

Dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.

Hüseyn