Gənc aktrisaya qarşı seksual xarakterli hərəkətlər etmiş sürücünü POLİS SAXLADI - FOTO

19 İyul 2021 08:49 (UTC+04:00)

Ötən gün Bakıda taksidə seksual xarakterli hərəkətlərə məruz qalan gənc aktrisa Lalə Süleymanova polisə muraciət edib.

Publika.az xəbər verir ki, o bununla bağlı "Instagram"da paylaşım edib.

O, şikayəti ilə bağlı Bakının 17-ci polis bölməsinin apardığı araşdırmanın yekunları bağlı qərarı izləyiciləri ilə bölüşüb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları nalayiq hərəkətlər etmiş Xəyyam adlı taksi sürücüsünü bölməyə gətirib ondan izahat alıblar və qadından üzr istəməsini təmin ediblər.

Xanımın bildirdiyinə görə, “Bolt” taksi sürücüsünün hərəkətlərinə hüquqi qiymət veriləcək.