S-400 böhranı KƏSKİNLƏŞİR: ABŞ yenə Türkiyəni təhdid etdi

22 İyul 2021 08:12 (UTC+04:00)

Türkiyənin Rusiyadan aldığı S-400-lərlə bağlı Amerika cəbhəsindən sərt reaksiyaların gəlməsi davam edir.

Publika.az "Son Dakika"ya istinadla xəbər verir ki, bununla bağlı Senatın Xari İşlər Komitəsində Vaşinqtonun Türkiyə siyasəti ilə əlaqədar toplantı atəşkil edilib.

Toplantıda çıxış edən ABŞ Xarici İşlər Nazirliyinin məsləhətçisi Viktoriya Nuland bildirib ki, Türkiyə Rusiyadan bir başqa böyü silah alışı ilə bağlı müqavilə imzalayarsa, sanskiyalar məsələsi yenidən gündəmə gələcək. F-35-lərin satışına və birgə istehsalına qoyulan qadağalar davam edəcək.

Xatırladaq ki, Rusiyanın müdafiə sənayesi üzrə dövlət şirkəti "Rosoboronexport"un rəhbəri Aleksandr Mixeyev Türkiyə ilə yeni "S-400" müqaviləsinin tezliklə imzalana biləcəyini vurğulayıb.

Hüseyn