Novxanıda faciəvi şəkildə ölən tələbənin FOTOSU

22 İyul 2021 09:46 (UTC+04:00)

Ötən gün Novxanı qəsəbəsində qeyri-çimərlik ərazidə bataraq vəfat edən Zaur İsmayılovun ikinci kurs tələbəsi olduğu məlum olub.

Publika.az xəbər verir ki, bu barədə sosial şəbəkədə bildirilib.

Qeyd edilib ki, 21 yaşlı Z. İsmayılov UNEC-də (Azərbaycan Dövlət İqtisad Universiteti - red.) ikinci kurs tələbəsi imiş.