Ölkəyə 2.8 mlrd. dollar xarici investisiya qoyulub

14 Avqust 2014 19:47 (UTC+04:00)

“Ölkədə xarici investor aktivliyi yüksəkdir”.

Bu barədə Mərkəzi Bankın Pul Siyasəti İcmalı sənədində bildirilir.

Qeyd olunur ki, ölkə iqtisadiyyatına qoyulmuş xarici investisiyaların həcmi 2014-cü ilin yanvar-iyun aylarında 2.8 mlrd. dollardan çox olub. Bu da ümumi investisiyaların 30%-ni təşkil edir.

İqtisadiyyat şöbəsi