Qolan təpələrini Suriyaya qaytarmayacağıq - İsrail

9 Sentyabr 2021 17:41 (UTC+04:00)

İsrail Qolan təpələrini Suriyaya qaytarmağı nəzərdən keçirmir.

Publika.az Axar.az-a istinadla xəbər verir ki, bunu İsrail Xarici İşlər naziri Yair Lapid deyib.

Qeyd edək ki, Qolan təpələri İsrail tərəfindən 1967-ci ildə ələ keçirilib. Bu əraziləri İsrail torpaqları kimi indiyə qədər heç kim tanımayıb.