Xoşbəxtliyin 12 AÇARI: maskanı çıxarın və...

10 Sentyabr 2021 21:00 (UTC+04:00)

Bəzi fikirləri ağlınızdan qovmaqla əsl xoşbəxtliyin nə olduğunu anlayacaq və həyatdan zövq almağa başlayacaqsınız.

Publika.az oxucuları həyatı asanlaşdıran 12 qayda ilə tanış edir.

Sadəcə oxumaqla kifayətlənməyin, həyatınızda tətbiq edin!

1. Həqiqəti sübut etmək ehtiyacından azad olun

Aramızda o qədər çox insan var ki, hətta gözəl münasibəti bitirmək təhlükəsi altında olsa belə, fərqli fikir qəbul edə bilmirlər. Onlar buna dəyməz.

2. Ümumi nəzarət

Ətrafınızda baş verən hər şeyi daim nəzarətdə saxlamaqdan vaz keçin: vəziyyətlər, hadisələr, insanlar və s. Ailə üzvləriniz, sevdikləriniz, iş yoldaşlarınız və ya küçədəki tanımadığınız insanlara olduqları kimi davranmalarına icazə verin.

3. Günahlandırmaq

Sahib olduğunuz və ya etmədikləriniz, hiss etdikləriniz və hiss etmədikləriniz üçün başqalarını günahlandırmaqdan özünüzü azad edin. Enerjinizi dağıtmağı dayandırın və həyatın bütün məsuliyyətini öz üzərinizə götürün.

4. Özünüzlə neqativ söhbət

Mənfi düşüncə və emosiyaların həyatınızı idarə etməsinə icazə verdiyiniz üçün özünüzə zərər verirsiniz. Məntiqli düşüncələrin söylədiyi hər şeyə inanmayın. Düşündüyünüzdən daha yaxşı və bacarıqlısınız.

5. Şikayətlənmək

Hər şeydən şikayət etmək vərdişini tərgidin. İcazə vermədiyiniz halda heç kim sizi bədbəxt edə və ya kədərləndirə bilməz.

6. Tənqid

Sizdən fərqli insanları və gözləntilərinizə uyğun olmayan hadisələri tənqid etməyin, onsuz da heç nə dəyişməyəcək.

7. Başqalarını heyran etmək ehtiyacı

Özünüzü olmadığınız kimi göstərməyin. Maskanı çıxarın, əsl özünüzü qəbul edin və sevin.

8. Dəyişikliklərə müqavimət göstərməyin

Dəyişikliklər normaldır, A nöqtəsindən B nöqtəsinə keçmək lazımdır. Dəyişiklik həyatımızı və ətrafımızdakı insanların həyatını yaxşılığa doğru dəyişməyə kömək edir.

9. Keçmişlə yaşamayın

Bəli, keçmişlə vidalaşmaq çətindir. Xüsusilə keçmiş hazırkı vəziyyətdən yaxşıdırsa. Gələcək bir az qorxuncdur. Ancaq qəbul etməlisiniz ki, əlinizdə olan hər şey indi sahib olduqlarınızdır.

10. Qorxu

Qorxu yalnız xəyaldır, bunlar təxəyyülünüzün uydurmalarıdır. Daxili münasibətinizi dəyişdirin, qalan hər şey öz yoluna düşəcək.

11. Özünümüdafiə

Bəhanələri ifşa edin və onları “təqaüdə” yollayın. Çox vaxt müxtəlif bəhanələrlə özümüzü məhdudlaşdırırıq.

12. Başqalarının gözləntiləri ilə yaşamayın

Bir çox insan onlara aid olmayan həyatı yaşayır. Valideynlərinin, dostlarının, müəllimlərinin və cəmiyyətin onlardan gözlədiklərini həyata keçirir. Daxili səslərinə məhəl qoymurlar. Başqalarının gözləntilərini yerinə yetirməklə o qədər məşğul olurlar ki, həyatlarını idarə edə bilmirlər. Onlara nəyin xoşbəxtlik gətirdiyini, həyatdan nə istədiklərini tapmaqda çətinlik çəkirlər. Və sonunda özlərini unudurlar.

Bu həyat sadəcə bir dəfə verilir, indi və burada baş verir. İstədiyiniz kimi yaşayın, daxili səsinizi dinləyin. İcazə verməyin ki, başqaları yerinizə qərar versin.