Gələn həftə üçün dolların məzənnəsi açıqlandı

10 Sentyabr 2021 18:35 (UTC+04:00)

Azərbaycan Mərkəzi Bankı (AMB) sentyabrın 13-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən Publika.az-a bildirilib ki, bankın sentyabrın 13-dən etibarən USD/AZN rəsmi məzənnəsi 1,7000 manat səviyyəsində müəyyən olunub.