Məşhur cütlük 18 il sonra qırmızı xalıda - FOTO

11 Sentyabr 2021 14:24 (UTC+04:00)

Cennifer Lopez və Ben Afflek dünən baş tutan Venesiya Film Festivalı çərçivəsində keçirilən “Sonuncu duel” filminin premyerasında qırmızı xalıdan birlikdə keçiblər.

Publika.az xarici mətbuata istinadla xəbər verir ki, 18 il sonra cütlük yenidən qırmızı xalıda görünüb.

Dünən baş tutan premyerada filmin komanda heyəti qırmızı xalıdan keçid edib. Filmdə rol alan Ben Afflek gecəyə sevgilisi Cennifer Lopezlə birgə qatılıb. Onlar kameralara səmimi pozlar verib.

Rahib Ələsgərov