Dustumdan BMT-yə ÇAĞIRIŞ: Fəlakət yaxınlaşır

11 Sentyabr 2021 14:50 (UTC+04:00)

Əfqanıstanın keçmiş vitse-prezidenti marşal Əbdül Rəşid Dustum BMT-yə müraciət edib.

Publika.az Axar.az-a istinadla xəbər verir ki, o, Pəncşir vilayətinin şimalında Talibanın etnik təmizləmə apardığını bildirib:

“Mən BMT-ni səssizliyini pozmağa və qara siyahıda olan terrorçuların Pəncşirdə etnik təmizləmə aparmasını dayandırmaq üçün fəaliyyətə keçməyə çağırıram. Pəncşirin qapılarını açmaq və KİV-ə orada baş verənləri yayımlamağa izn vermək lazımdır. Fəlakət yaxınlaşır”.