Pakistandan ACI XƏBƏR: 7 hərbçi həlak oldu

16 Sentyabr 2021 06:46 (UTC+04:00)

Pakistanın Cənub Vaziristan dairəsində terrorçularla atışmada 7 hərbi qulluqçu həlak olub, 5 terrorçu zərərsizləşdirilib.

Publika.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Bildirilib ki, Pakistan Ordusunun İctimaiyyətiylə əlaqələr üzrə İdarəsində (ISPR) bildiriblər ki, atışma Asman Manza qəsəbəsində terrorçuluğa qarşı əməliyyatın gedişatında yaranıb.

Qeyd edilir ki, regionda terrorçular əleyhinə əməliyyat davam edir.

Hərbçilərə hücum etmiş qruplaşma haqqında informasiya verilmir.